Arxa üstə krol
Arxası üstə krol üzmə uşulunun başqa üsullardan fərqləndirici xüsusiyyətləri vardır. Texniki icra həmçinin əl və ayaqların ardıcıl fasiləsiz hərəkətlərinə əsaslanır. Əsas fərq bədənin vəziyyətində (arxa üstə) və tənəffüs siklin suyun üstündə yerinə yetirilməsindədir. Yalnız startda və bədən çevrildikdə üzgüçünün başı suyun altında, qalan hallarda isə üz suyun üstündə olur.
Sürət xarakteristikalarına görə arxa üstə krol batterflay və sərbəst üsuldan geri qalır. Rəsmi yarışlarda bu üzmə üsuluna 100 və 200m. distansiyalarda, həmçinin kompleks üzgüçülükdə (200və 400 metr) və kombinə edilmiş estafetlərdə rast gəlinir. Hərəkət texnikası həmçinin tətbiqi üzgüçülükdə aktiv istifadə olunur.
TEXNİKANIN TƏSVİRİ
Krol arxa üstə üsulu zamanı bir- iki avarçəkmədən (əllərin ardıcıl hərəkəti), ayaqların bir birinin arxasınca hərəkətlərindən (yuxarı-aşağı müstəvisində) və bir tənəffüs siklindən ibarət dövrü hərəkətlər yerinə yetirilir. Dartmanın aktiv gücü ayaq təkanlarının üzərinə düşür. Məhz onlar su üstündə hərəkət etməyə, sürəti saxlamağa, bədəni düz horizontal şəkildə tutmağa imkan verir. Daha çox 6-təkanlı üzmə texnikasından istifadə olunur. Burada bir tənəffüs siklinə iki əl, 6 ayaq hərəkəti düşür. (sinə üstü krolla analoji olaraq).
İdmançının bədəni şaquli vəziyyətdə olur. Bədən suyun səthinə elə yaxın yerləşir ki, su xətti qulaqların yanından, çənənin altından və döş qəfəsi yanından keçsin. Çiyin nahiyəsi bir qədər qalxır ayaqlar və çanaq bir qədər dərində yerləşir. Hərəkətin yüksək sürəti zamanı hücum bucağı 8 dərəcədən artıq olmur.
Əllərin siklik hərəkəti bir neçə fazaya bölünür
- Üzərkən toxunma. Faza əllərin suya salınması (çəçələ barmağı aşağı dartınır) ilə başlayır. Fazanın sonunda (təkan mərhələsi) ovuc düz bucaq altında hərəkət istiqamətində çevrilir.
- Əsas faza. Bu mərhələnin əsas gücünü müəyyən şəkildə qatlanmış əllər təşkil edir. “Avarçəkmə” üçün əllər dirsəklərin çevrilməsi ilə fəal surətdə (arxaya və aşağı) hərəkət edir. Əlin hərəkəti zamanı əllərin üzərinə düşən təzyiq tədricən artır. “Avarçəkmə” hərəkətinin sonunda əllər çanaq xətti boyunca düz şəkil alır.
- Əllərin sudan çıxarılması. Əllər su səthinə nisbətən til şəklində çevrilir,çeçələ barmağı yuxarı dartılır. Hərəkətin düzgün yetirilməsi üçün çiyin nahiyəsi bir az yuxarı qalxır bədən uzanma boyunca su xəttinə nisbətən çevrilir.
- Əllərin sudan ötürülməsi. Faza düz əllərin sərbəst trayektoriyada ötürülməsindən ibarətdir. Suya nisbətən həm vertikal, həm də horizontal proyeksiyasından istifadə olunur.
Ayaqlarla sinə üstə üsulunda olduğu kimi çanaq, diz və baldır oynaqlarında bükülmə-açılma hərəkətləri edilir. Hərəkət istiqaməti həmin olur (hər ayaqla ardıcıl yuxarı-aşağı hərəkətləri edilir). Hərəkətin əsas xüsusiyyəti təkanların effektliyindədir. Sinə üstü krol zamanı yuxarı-aşağı istiqamətində olan təkanlar daha effektiv olur. Arxası üstə krol zamanı isə aşağı-yuxarı hərəkətlərə əsas güc düşür. Ayağın aşağı yuxarı hərəkəti zamanı ayaq düz qalır, bədən xətti ilə kəsişdiyi zaman isə bükülməyə başlayır.
TƏNƏFFÜSÜN XÜSUSİYYƏTLƏRİ
İdmançının tənəffüs sikli bir nəfəs alma və bir nəfəs vermədən ibarətdir. Bir əllə avarçəkmə zamanı ağızla nəfəs alınır(adətən aparıcı əllə). Hərəkətin müddəti 0,4-0,5 s. təşkil edir. Ağızla nəfəs vermə o biri əlin keçirilməsi zamanı başlayır və yeni nəfəsverməyə qədər sürür.
ARXA ÜSTƏ ÜZMƏ ZAMANI EDİLƏN ƏSAS SƏHVLƏR
- Çanaq nahiyəsinin çox bükülməsi;
- Axın fazasının buraxılması (bədənin suda olan vertikal vəziyyətinin pozulması);
- Başın arxaya doğru çox bükülməsi (su üzə dəyir və tənəffüsü çətinləşdirir);
- Əllərin suya daxil olduğu zaman aralarında məsafənin çox olması;
- Ayaqlarla edilən hərəkətlərin düzgün olmaması (təkanın çanaq nahiyəsində deyil diz oynağından verilməsi);
- Zərb hərəkəti zamanı ayaqların gərgin olması;
- Təkan amplitudasının kifayət qədər olmaması
Arxası üstə krol üzmə zamanı hərəkətlərin texnikasının düzgün yerinə yetirilməsi və tənəffüs ritminə riayət edilməsi bədənin düzgün vəziyyətini, hərəkətin sürətini və idmançının gücünə qənaət edilməsini təmin edir.
Bakıda üzgüçülük
Əgər sizi Bakıda üzgüçülük dərsləri, Bakıda uşaqlar üçün üzgüçülük, Bakıda uşaqlar üçün basseyn, Bakıda böyüklər üçün üzgüçülük, Bakıda müalicəvi üzgüçülük. Bakıda professional üzgüçülüklə maraqlandırırsa bizimlə əlaqə saxlayın.
Facebook: Azərbaycan Üzgüçülük KLUBU
Email: Адрес электронной почты защищен от спам-ботов. Для просмотра адреса в вашем браузере должен быть включен Javascript.
Tеl.: (99450) 600 44 20 - WhatsApp
Tеl.: (99455) 600 44 20