batterflyBatterflay üzmə üsulu

Batterflay sürətinə görə yalnız kroldan geri qalan suda yerinə yetirilən hərəkət vasitələrinin texniki cəhətdən ən çətin bir üsuludur. Batterflay üçün təkcə fiziki cəhətdən hazırlıqlı olmaq deyil, həmçinin hərəkətlərin texniki icrasının xırdalıqlarının düzgün başa düşülməsi vacibdir. Delfin klassik üzmə üsulundan ayaq hərəkətləri ilə fərqlənən batterflayın bir növüdür.

Texnikanın təsviri

Suda icra olunan hərəkətlər bir biri ilə uzlaşır. Avarçəkmədən sonra əllər suyun üzərindən keçirilir, bədən və ayaqlarla isə dalğavari trayektoriya üzrə eyni zamanda hərəkətlər edilir. Təkan hərəkətlərinin sayına görə batterflayın texniki ifasının bir neçə növü mövcuddur. Daha çox iki təkanlı üsuldan istifadə olunur. Burada hərəkət sikli bir avarçəkmədən, ayaqların iki təkanından və bir tənəffüs dövründən ibarətdir.

Batterflay üsulunda bədən vəziyyətinin çıxış nöqtəsi sinə üstə uzanmadır. Bu zaman çiyinlər su səthinə paralel yerləşir, baş aşağı salınır. Hərəkət zamanı hücum bucağı daim dəyişir (ayaq hərəkətlərinin icrasından sonra -20 dərəcədən başlayaraq əllərin ötürülməsi zamanı 20 dərəcəyə qədər).

Üzmə zamanı bədən və ayaq hərəkətləri dalğavari trayektoriya üzrə edilir, bu zaman hərəkət amplitudası tədricən çiyin-bədənin ortası - çanaq-bud-baldır-pəncə istiqamətində artır. Ayaqların təkanı hərəkət siklinin sonuna təsadüf edir (yuxarıdan aşağı). Məhz bu təkan hərəkəti ayaqların əsas işlək elementidir. Təkan aşağı veriləndə çanaq yuxarıya qalxır, ayaq və baldırlar yuxarı qaldırıldıqda çanaq dayaqla aşağı salınır, çiyinlər qabağa və yuxarı istiqamətlənir.

Iki təkanlı siklin ikinci hissəsində idmançının əllərinin ötürülməsini təmin etmək üçün çiyinləri su səthinə maksimal şəkildə yaxın olmalıdır. Ona görə bədənin yuxarı hissəsi bu zaman (avarçəkmə bitdikdən sonra), demək olar, hərəkət etmir. Çanağın amplitudası yüksək olmalıdır ki, dalğavari hərəkət ayaqlara ötürülsün. Çiyinlər çox hərəkət etməməlidir. Batterflayın hərəkət gücü əsasən ayaqların təkanlarından asılıdır. Bu zərb hərəkətləri koordinasiyanı və maksimal uzlaşmanı təmin edir.

Batterflay üsulunun əsas gücünü əl hərəkətləri təşkil edir. Hərəkətin dövrü 5 mərhələyə bölünür:

  1. Əllərin ötürülməsi. Suyun üzərindən sağ və sol tərəfdən düz əllərin qabağa güclü ötürülməsi baş verir. Əllərin əzələləri boş olur, çiyinlər suyun səthinə itələyərək çıxarılır. Əllərin ötürülməsinin sonunda ovuclar suyun üzünə tərəf olur, dirsəklər isə elə yerləşir ki, əvvəlcə suya əllər girsin.
  2. Suyun içinə daxil olma. Əllər və çiyinlər qabağa yönəlir. Əllər çiyinlərin eninə uyğun olaraq suya daxil olur.
  3. Avarçəkmənin dayaq fazası. Əllər bükülür, çiyin və ovuclarla yuxarıdan aşağı dayaq hərəkətləri edilir. Fazanın sonunda əllər çiyinlərin enindən 1,5-1,7 dəfə artıq məsafədə yerləşdirilir. Çiyinlər 140 dərəcədən çox olmayaraq bükülür. Ovuc və çiyin üstü məsafə su səthinə nisbətən 45 dərəcə təşkil edir.
  4. Avarçəkmənin əsas fazası. Güclü avarçəkmə dirsəklərin çox bükülməsi və çiyin nahiyəsinin aktiv hərəkəti ilə icra olunur. Dirsəklər xaricə çevrilir. Fazanın birinci hissəsi dartılmadır. Dirsəklər düzbucaq altında bükülür, ovuclar bir-birinə doğru hərəkət edir. Fazanın ikinci hissəsi itələnmədir. Əllər güclü hərəkət edir, dirsəklər bədənə yaxınlaşır. Ovucun içi çanaq səviyyəsində olur.
  5. Əllərin çıxarılması. Yuxarı ətrafların tez hərəkətı zamanı ovuclar çanaq səviyyəsində maksimal şəkildə boşalır. Suyun üzündə birinci dirsəklər, sonra çanaq xəttinin ardınca budların yanında suyun üstündə ovuclar görünür.

Tənəffüsün xüsusiyyətləri

İdmançının tənəffüsü əllərin dövrü hərəkəti ilə uzlaşır. Nəfəs alma əllərin su səthinin üzərindən keçdiyi zaman baş verir, çiyinlər və üz maksimal olaraq yuxarıda yerləşir. Bu nəfəsin alınması üçün ən uyğun məqamdır. Boynun açıldığı, ayağın suyun üstündən qalxdığı zaman fazanın sonunda hava ağciyərlərə dolur. Çiyin xətti ilə kəsişərək baş suya daxil olur. Nəfəsalma 0,4 saniyə təşkil edir. Nəfəsalmadan dərhal sonra nəfəs verilir. Onun müddəti hərəkətlər dövrünün qalan hissəsini təşkil edir.

Yuxarı ətrafların bir sikli bir tənəffüs dövrü ilə müşahidə olunur. Yaxşı hazırlığı olan idmançıda bir tənəffüs dövrü 2-3 hərəkət siklinə qədər uzana bilər. 100m, 200m. distansiyasında 60 saniyə ərzində 50-60 sikl yerinə yetirilir.

Batterflay üzmə üsulu zamanı edilən əsas səhvlər

Hərəkətlərin texniki cəhətdən düzgün olmaması adətən hərəkətlərin bir-biri ilə uyğunlaşmaması ilə bağlıdır. Batterflay üsulu zamanı edilən əsas səhvlər bunlardır:

  • Əllərin bir-birinə nisbətən yaxın və ya uzaq yerləşməsi;
  • Avarçəkmə amplitudasının az olması (dirək avarçəkmə fazasının vaxtında başlamadığı zamanı);
  • əl hərəkətlərinin sürətinin qeyri müntəzəm olması;
  • nəfəsalma məqamının düzgün seçilməməsi;
  • ayaqların təkan hərəkətlərinin düzgün yerinə yetirilməməsi.

Delfin texnikasının xüsusiyyətləri

Delfin batterflayın sürətli növüdür. Onun əsas fərqi idmançının gücünün qənaətində və su müqavimətindədir. Bu ayaqların eyni zamanda etdiyi aşağı-yuxarı hərəkətləri sayəsində mümkün olur. Bu zaman ayaqlar delfin quyruğuna bənzər bir-birinə sıx birləşir. Bədən əzələləri maksimal şəkildə işləyir. Bu üzmə üsulu olduqca populyardır və bir çox idmançılar ondan beynəlxalq yarışlarda istifadə edir.

Batterflay video